Daxili İşlər Nazirliyi Gəncədəki ölümlə nəticələnən kütləvi dava ilə bağlı açıqlama yayıb.
Newscenter.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda yazıb:
“Gəncə şəhərində qohumlar arasında münaqişə baş verib. Bir nəfər ov tüfəngi ilə öldürülüb, iki nəfər bıçaq xəsarətlərindən xəstəxanaya yerləşdirilib. Münaqişənin borca görə baş verdiyi bildirilir. Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatı olacaqdır”.
Mehman