Goranboy rayonunun Səfikürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.
Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar bunlardır:
Zeynalova Günel (1982),
Rəhimli Bibixanım (2005),
Rəhimli İlhamə (1984),
Zeynalov İlqar (1977),
Məmmədov Dünyamalı (1966),
Qəribov Nizami (2008),
Zeynalova Aysu (2006).
Faktla bağlı araşdırma aparılır.