Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Xəzəryanı dövlətlərin parlament konfransı keçiriləcək

Bakıda Xəzəryanı dövlətlərin parlament konfransı keçiriləcək


Bakıda Xəzəryanı dövlətlərin parlament konfransının keçirilməsi planlaşdırılır.

Newscenter.az-ın məlumatına görə, “Report” Rusiya Dövlət Dumasının saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaz sessiyasının ilk plenar iclasında deyib.

"Azərbaycandan olan həmkarlarımızla birlikdə Bakıda Xəzəryanı dövlətlərin parlament konfransını keçirməyi planlaşdırırıq", - Volodin bildirib.

O, aprel ayında Dövlət Dumasının Çin, İran, Türkiyə və Pakistanın iştirakı ilə təhlükəsizlik və regional əməkdaşlıq üzrə konfrans da keçirəcəyini əlavə edib.
Xəbəri paylaş