Yanvarın 17-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların poblemlərini dinləyiblər.
Newscenter.az-a Səbinə Xasayevanın Deputat Qərargahından bildirilib ki, qəbula gələnlər məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına,yaşayış məhəllələrində narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarızınin gücləndirilməsinə, Zakir Məmmədov adına 103 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin sayının normadan iki dəfə artıq olmasını nəzərə alaraq, kohnə məktəb binasının təmiir edilib tədris üçün istifadəyə verilməsinə, məktəbə gedən qəsəbədaxili yolların təmir edilməsinə, işə qəbul olunmalarına,onlara ünvanlı sosial yardım təyin edilməsinə,şəxsi problemlərinin həll edilməsinə maddi yardım göstərilməsinə, aztəminatlı ailələrin məşğulluq proqramına cəlb edilməsilə bağlı məsələlərdə köməklik göstərilməsini xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən nəzarətə götürülüb.
Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin dövlət başçısının vətəndaşlarıın qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
Mehman