Dövlət Turizm Agentliyinin təşkilati dəstəyi ilə dünya şöhrətli aşpaz Tomas Quqler Şuşaya gəlir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr və İnformasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova verib.
Səmayə Məmmədova bildirib ki, yanvarın 18-də saat 11.30 da Tomas Quqler Şuşada master klass keçib, milli yemək bişirəcək.
"Qarabağ" otelində baş tutacaq master klassdan sonra Tomas Quqler Şuşada şəhər gəzintisinə çıxacaq.
Mehman