"Ölkədəki İran tör-töküntülərinin təmizlənməsi, bu prosesin davamlı və sonadək aparılması vacibdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın sözlərinə görə, hüquq-mühafizə orqanlarının bütün əlaqəli strukturlarının aparacağı bu yönlü əməliyyatlar 30 ildə İranın bizim ölkəni və xüsusilə cəmiyyəti öz agenturası, şəbəkələri və casusları vasitəsilə nə dərəcədə əhatə etdiyini ortaya çıxaracaq:
"Yenə qeyd edirəm. Biz, müstəqil və mənlikli bir ölkə olaraq, içimizi-çölümüzü bizə uzanan kirli əllər və maşalardan təmizləmək üçün, bir xeyli düşünülmüş, ölçü-biçili, amma, qətiyyətli, sərt addımlar atmalıyıq. Necə ki, terror şəhidimizin tabutunu, Tehran hava limanında bizim xüsusi xidmət oğulları İran hərbisindən qətiyyətlə aldı".
Mehman