Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gözəl sevinc nə gözəl yaşanır!..

Gözəl sevinc nə gözəl yaşanır!..


Deyirlər ki, insanı tanımaq üçün bir ömür azdı...

Həm də deyirlər ki, qəlbi təmizləri, əməli salehləri, ömür payını xalqı üçün yaşayanları, günlərinin, aylarının, illərinin işığını dövlətçiliyə yönəldənləri, xeyirxahları, ... tanımağa bəzən bir görüş də kifayət edir. Həmin görüş tarix kimi düşüncələrdə də, ömürdə də yaşadılır..

Taleyimdən razıyam ki, Aydın Hüseynovu mən də tanımışam, həm də ilk görüşümüzdə, ilk söhbətimizdə təbəssümünə söykəkli dürüst fikirlərini dinləyə-dinləyə tanımışam, məntiqli söhbətini yaddaşıma köçürə-köçürə tanımışam, düşüncələrinin xəlqiliyində xalqımızın tarixi keçmişini görə-görə tanımışam, dövlətçiliymizə sədaqətinin dönməzliyini ömür düsturu bilib tanımışam, ...

1962-ci il fevralın 10-da Tovuz rayonunun Çataq kəndində anadan olub. Bu kənddə böyüyüb. Səhərləri hərdən əsən, hərdən kəsən yellərin möcüzəvi zümzüməsiylə, pıçıltısıyla, harayıyla, çılğınlığıyla açılıb. Bir də ana laylalarının bənzərsizliyiylə günləri ay olub, ayları il. Onun da ruhu sazın salğarıyla pərvəriş tapıb.

Aydın müəllim hərdən könül sirdaşlarına deyir ki, kəndimizin adı gah yolayrııcı, gah suayrıcı, gah dağayrıcı kimi yozulur. Necə yozulur-yozulsun, Çataq heç zaman yolu yoldan, suyu sudan, dağı dağdan ayırmayıb. Bu kəndin ruhunda ayırmaq yoxdu, birləşdirmək var. Çataq yolu yola, suyu suya, dağı dağa birləşdirir. Könlünün gözü ilə baxanlar görər ki, Çataqdan Savalana yol gedir, Çataqdan Ağrıdağa yol gedir. Çataq mənim kimi minlərin ruhunun kəndidi...

Kəndinə bunca sevgi Vətən sevgisinin başlanğıcı deyilmi? – Aydın müəllim Vətəni də belə dərin məhəbbətlə sevir, şübhəsiz...

Orta məktəbi 1979-cu ildə bitirib. Riyaziyyatı çox sevib. Bu sevgi onun ömür yolunun yolgöstərəni olub – Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. Oranı 1985-ci ildə bitirib...

Ali təhsilli riyaziyyatçı-elmi işçi kimi 1985–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Pro¬sesləri İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayıb. Xeyir-dua verənləri çox olub. İstedadını bəyənənlər də, tanıyanlar da, eşidincə ata-anası da, el-obası da. Çatağın göylərində həmin gün bircə əlçim də bulud olmayıb, gümanlarım deyir ki, onda kəndin göylərindən ötüb uzaqlara yol alan bir qartal görünüb. O qartal uğur carçısı kimi Çatağın göylərini qanadlarıyla sığallayıb...

Aydın Hüseynov həm bacarıqlı mütəxəssis, həm də fəal ictimaiyyətçi olub. Bu xarakterinin zəmanəti ilə 1988-ci ildə Azərbaycan Gənclər İttifaqı Qaradağ rayon komitəsinin Ələtdə yerləşən 108 nömrəli texniki peşə məktəbində azad komsomol komitəsinin katibi vəzifəsinə irəli çəkilib. Sonralar ra¬yon komsomol komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri olan Aydın Hüseynov ömrünü gənclərin milli-xəlqi ruhda formalaşmasına sərf edib. Böyük arzularla, istəklərlə, inamla...

Riyaziyyatçı idi. Baza təhsilini yetərli hesab etmirdi. “İstehsalat elm deyil, elmi müəyyənləşdirən böyük məktəbdir. Mən bu böyük məktəbdə də yaxşı tələbə olmağı qət etmişdim. Ona görə də ikinci ali təhsil almağa qərarlıydım. 1996-cı ildə Azərbycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini də bitirdim.. Həm ali təhsilli riyaziyyatçı kimi, həm də ali təhsilli iqti¬sad¬çı kimi cəmiyyətdə könlümcə işləyə bilərdim. İşləyirdim. İşimi bəyənirdilər...”...

1991-ci ildən Azərbaycan Əmanət Bankı Qaradağ rayon şöbəsi müdirinin müavini, 1994-cü ildən Bakı Səhmdar-Kommersiya Əmanət Bankının Kreditləşdirmə və kommersiya şöbəsi rəisinin müavini, 1996-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Gəlirləri və Vergiyə Nəzarət İdarəsinin Vergi siyasəti və beynəlxalq vergi münasibətləri şöbəsinin baş iqtisadçısı, 1997-ci ildən Bakı şəhəri, Qaradağ rayonu Maliyyə şöbəsinin müdiri, 1999-cu ildən Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000-ci ildən Bakı şəhəri, Səbail rayonu Maliyyə İdarəsinin rəisi, 2009-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin (Nərimanov rayonu) rəisi, 2013–2015-ci illərdə 9 saylı (Səbail rayonu) Xəzinədarlıq İdarəsinin rəisi vəzifələrində çalışıb. Bu vəzifələrin hər biri məsuliyyətli vəzifələr olub. Bu vəzifələrdə işləyən kadrın kifayət qədər biliyi, səriştəsi, bacarığı, idarəetmə məharəti, bunları ümumiləşdirən böyük məsuliyyəti olmalıdır. Aydın Hüseynov bunlara malik idi...
Aydın müəllim vətənsevərliyiylə, deməli dövlətçiliyə sevgisiylə də tanınıb. Azərbaycanda milli-azadlıq hərəkatını o da xalqın ruhunun kükrəyişi bilib. Onu da bilib ki, belə kükrəyiş həmişə dönməz olur. Bu dönməz kükrəyişin dövlət müstəqilliyimizin bərpasıyla nəticələnəcəyinə milyon¬lar¬dan biri kimi o da inanıb...

Müstəqillik haqqında Konstutusiya Aktı qəbul ediləndə Aydın müəllim də şükranlıqla sonralar Azadlıq meydanı adlandırılacaq meydanda milyonların düyülən yumruqlarının qətiyyətini xatırlayıb. O da böyük ehtiramlarla Xəlil Rza Ulutürkə xitabən “Azadlığı zərrə-zərrə, qram-qram almadıq, bütöv aldıq, ustad!” deyib...

Aydın Hüseynov kifayət qədər geniş dünyaduyumuna malik olan azərbaycanlıdır. O da respublikamızda baş verənlərə biganə qala bilməzdi, qalmadı da. Siyasi hadisələrdə iştirak etməyi, dövlət naminə, dövlətçilik naminə biliyini, bacarığını, erudisiyasını siyasətdə də əsirgəməməyi qərara aldı. Belə iştirak bu və ya digər partiyanın xətti ilə yerinə yetirilir. Aydın Hüseynov qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvü oldu.
Fəallıq həmişə uğur gətirir...

Aydın Hüseynov 1992-1997-ci illərdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini, 1997-ci ildən 2021-ci ilin sentyabrınadək YAP Qaradağ rayon təşkilatının sədri, 1999-2021-ci illərdə YAP Siyasi Şurasının üzvü olub. 2020-ci ilin sentyabrından 2021-ci ilin mayınadək YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdiri vəzifəsini yerinə yetirib. 2021-ci ilin martından YAP təftiş komissiyyasının üzvüdür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malta, Özbəkistan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının və Asiya Parlament Assambleyasının üzvü, Azərbaycan-Banqladeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
“Bir rayonun partiya təşkilatının sədri olmaq həmin rayonun siyasi hadisələrinin cəfkeşi olmaq deməkdir. Dövlətin müəyyənləşdirdiyi siyasi xətti rayon miqyasında sən yerinə yetirməlisən. Həm də məsuliyyətlə, həm də sədaqətlə...”, - Aydın müəllim belə deyir. Bu fikirlər həm də vətəndaşlığın ifadəsidir. Abdulla Şaiq demişkən, axı “Hamımız bir Günəşin zərrəsiyik...”...

Aydın Hüseynov Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatıdır. Seçildiyi vaxtdan bəri həmişə seçiciləri arasındadır. Belə deputatlar haqqında deyirlər ki, filankəs bir deputat kimi hər bir seçicisinin çağırışını, səsini eşidir. Bu kəlamları tərəddüdsüz Aydın müəllimə də ünvanlaya bilərik...

1990-cı ildə Hadrut rayonunun(indiki Xocavənd rayonu) Axullu kəndində,1991-ci ildə Qubadlı rayonunun Novlu kəndində yerləşən könüllü dəstələrə silah-sursat yardımı və maddi dəstək göstərdiyi kimi Tovuz döyüşlərində o da döyüşənlərin sırasında olmağı özünə mənəvi borc bilmişdi. Mİllət vəkili Qənirə Paşayevayla, Ülviyyə Ağayevayla və Arzu Nağıyevlə birlikdə sərhəd kəndlərinə getmişdi. Bu kəndlərin camaatı millət vəkillərinin bu gəlişini orduya inam bilmişdi, xalqla orunun birliyinə yozmuş¬u. Xalq görmüşdü ki, çətin gündə deputatlar da sərhəd kəndlərini səngər bilir, camaatla bir sırada səngərli günlər yaşayır. Döyüşlərdə, döyüşlər ərəfəsində deputatların da belə əsgərləşməsi təkcə camaatın, bu anlamda xalqın deyil, Ordunun da döyüş əzmini, qələbə ruhunu yüksəltmişdi. “Biz təkcəTovuz döyüşlərinin deyil, Azərbaycanın digər bölgələrində gedən döyüşlərin də belə əsgəri olmağı özümüzə vətəndaşlıq borcu bilirik. İkinci Qarabağ müharibəsində biz də döyüşçülərin əhatəsində olduq, bizim döyüşlərə gəlməyimiz onların qələbə ruhunu kükrətdi. Bizə döyüşlərdə iştirak etməyimizə ehtiyac olmadığını dedilər. Noyabrın 8-ni biz də Azərbaycan Ordusunun qüdrəti kimi bayraqlaşdırdıq. Ordumuz tarixi Zəfər qazandı...”., - Aydın müəllim qürurla belə deyir...

Tam qətiyyətlə deyə bilərəm ki, Aydın Nəsir oğlunu başqalarından fərqləndirən bir çox müs¬bət xüsusiyyətləri var. Olduqca sadə, səbrli, təmkinli, ürəyiyumşaq, alicənab, əliaçıq, yurdsevər, nəzakətli və insanpərvər ziyalı, ictimai-siyası xadim, əqidəsinə sadiq dost, ailəcanlı ailə başçısıdır. Bu xüsusiyyətlər ayrılıqda da çox gözəldir, vəhdətdə də. Bu xüsusiyyətlər azərbaycançılğı müəyyənləşdirən şərtlərdəndir və bu baxımdan Aydın müəllim əsl azərbaycanlıdır, azərbaycançılığı böyük sədaqətlə yaşadan vətəndaşdır...

Əmək fəaliyyətinin otuz beş ili Qaradağda keçdiyinə görə qaradağlıları yaxşı tanıyır, təmsil etdiyi qəsəbə və kəndlərin bütün əhalisini, sözün əsl mənasında, adbaad, evbəev tanıyır. Onların xeyir-şərində yaxından iştirak edir. Ehtiyacı olanlara bacardığı qədər dəstək verir, onların qaldırdıqları problemlərin həlli üçün bütün mövcud imkanlardan bacarıqla və səmərəli istifadə edir.

Aydin müəllim Milli Məclisin plenar iclaslarında, təmsil etdiyi komitə iclaslarında qanun¬la¬rın müzakirəsində fəal iştirak edir. Kütləvi-informasiya vasitələrində yaddaqalan çıxışları ilə seçilir.

Aydın müəllim deyir ki, insanın ən dəyərli xarakterini səmimiyyət müəyyənləşdirir. Səmimi olmayan insan Vətənini də sevə bilməz, dövlətinə, dövlətçiliyə də sədaqətli ola bilməz. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə başlayan quruculuq işlərində hamımız əsl vətəndaşlıq qayəsiylə iştirak etməliyik. Bu iştirak mahiyyəti etibarilə Zəfərin davamı olacaq...

Aydın müəllim saz, söz mühitində böyüdüyündən şirin və səmimi söhbətləri ilə məclis iştirakçılarında xoş ovqat yaradır.

Kəbə yıxmaq bir qansa,
Könül yıxmaq yüz qandı, -

düşüncəsiylə yaşayanlar heç zaman kimsənin xətrinə dəyməz; Aydın müəllim illərini belə yaşayıb…
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Məclisinin “Parlament” medalı və Türkiyə Parlamentinin 100 illiyi yubiley medalı ilə təltif olunmuş Aydın Nəsir oğlunun ictimai-siyası fəaliyyəti yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 30 noyabr tarixli 3630 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. “Bu mükafatlara görə dövlət başçımıza minnətdarlığımı bildirirəm. Nə etmişiksə, Vətən üçün etmişik, nə edəcəyiksə Vətən üçün edəcəyik. Deputat üçün ən yüksək mükafat secicilərin etimadıdır, problemləri həll edəndən sonra onların təbəssümünü görməkdir. Mən deputatlıq missiyamın belə yerinə yetirilməsinə xoşbəxtlik deyirəm...”, - haqlısınız, Aydın müəllim. Siz bu düşüncələrinizlə həm də Azərbaycanda ziyalılığın, azərbaycançılığın daşıyıcıısı olduğunuzu təs¬diq-ləyirsiniz...

Mehriban və tələbkar atadır Aydın müəllim. Bir oğlu və bir qızı ilə qürur duyur. Onların nümunəvi davranışı, yüksək təhsili ata üçün müqayisəyəgəlməz sevincdir... Gözəl sevincdir. Aydın mü¬əllim gözəl sevincləri gözəl yaşayır...

Bayram MƏMMƏDOV,
Milli Məclisin deputat köməkçisi,Əməkdar müəllim
Xəbəri paylaş