Xocalı soyqırımının anım günü yaxınlaşır. 31 il keçib və bu 31 ilin 25 ilini QHT və ictimai fəallar "tədbirlərin" 90 faizini Türkiyədə "həyata keçiriblər". Bu 25 ildə Türkiyəyə səfər edənlər Xocalını anmaq üçün yox "Xocalı bazarlığına " getdikləri üçün bu günə qədər Xocalı soyqırımı ilə bağlı MM-ə və ictimaiyyətə qanun layihəsi fikri təklif edə bilməyiblər. Beynəlxalq səviyyədə Xocalı soyqırımı barədə ciddi fikir yarada bilməmişik. Gedək bu tədbirlərin keçirildiyi yerə, iştirakçılardan soruşsaq çoxu heç indi də bilmirlər Xocalıda nələr baş verib.
Neçə dövlət işçisi tanıyıram Türkiyəyə belə tədbir adı ilə gedib vaqon dolusu mal gətiriblər. Neçə QhT rəhbəri, jurnalist, ictimai fəal tanıyıram ki, anım günün bəhanə edib Türkiyədə günlərlə istirahət edib, bahalı oteldə qalıb, bahalı geyimlər alıblar. Pullar isə: Dövlət büdcəsindən layihələrə ayrılan pullar, dövlət qurumlarının dövlətdən ezamiyyət adı ilə aldıqları pullar idi....
Üzr istəyirəm elələri var ki, qrant pulun Xocalı tədbiri keçirmək üçün getdikləri ölkələrdə qəhbələrə xərcləyiblər.
Azərbaycanda Xocalı soyqırımı ilə bağlı mütləq qanun layihəsinə ehtiyac var. Ehtiyac yox bu zamanın tələbidir. Amma Xocalı bazarlığı üzrə mütəxəssislərimiz olan belə şəxslər ciddi ciddi təklif irəli sürə bilməyiblər, bilə də bilməzlər. Çünki Xocalı qanunu qəbul edilsə, Xocalı ilə bağlı təkliflər irəli sürülsə və dövlət bunu dəstəkləyib həyata keçirsə bunların illərdir yedikləri qrantlar davam etməyəcək, nə qədər Xocalı soyqırımı barədə beynəlxalq aləmdə işlər görülmür, bunlar soyqırımın adından, qanla yoğrulmuş torpağın adından istifadə edib bahalı həyat yaşayacaqlar
Mən şəxsən QHT-lərlə məşğul olan qurum, layihə ayıran təşkilat və fondalardan xahiş edirəm Xocalı bazarlığı indiyə qədər etmiş təşkilatların və dövlət qurumlarıbın 25 illik fəaliyyəti incələnsin.
1) Xarici dildə neçə kitab nəşr edilib?
2) Hansı xarici jurnalist və alim bu barədə yazıb ?
3)Neçə sənədli film çəkilib?
4) Neçə universitetdə Xocalı guşəsi yaradılıb?
5) Neçə stend, banner və plakatlar asılıb?
6) Neçə xarici dildə sayt yaradılıb ? Yaradılıbsa indi qalırmı o saytlar ?.
7) Anım günü keçirdikləri tədbirlərin nəticəsi olaraq davamlılıq olubmu ?
8) Hüquqi analiz aparılıbdı? Aparılıbsa hansı beynəlxalq təşkilata təqdim edilib?
9) Xocalı soyqırımı barədə xaricdə verliş çəkilib? Varsa hansı platformada yayınlanıb?
10) Neçə xarici ölkədə ekspertlərinin çıxışı olub?
11) İnsan hüquqları üzrə Neçə təşkilatın qərarın əldə ediblər ?
12) Xocalı soyqırımı barədə hansı xarici müəllifin məqaləsi, yaxud kitabı yazılıb ?
13) Xocalı soyqırımına dair ölkədə Neçə kitaba dəstək olublar və s.
Bu günə qədər hansı lap Türkiyənin özünə Xocalı soyqırım şahidlərin aparıblar ?
Əlbətdə istisnalar var, normal QHT və media rəhbərləri işlər görüblər, aldıqları pulları şəffaf xərcləyib, müəyyən nailiyyətlər əldə ediblər. Amma bu 20 faiz edər ya etməz.
Ona görə Xocalı soyqırımı ilə bağlı 25 ildə qrant alanlar və belə tədbirlər həyata keçirən dövlət qurumları ciddi yoxlanmalıdırlar.
Xəbərdarlıq edirəm. Bu il də anım günü onların xarici ölkələrdən hırıldayan şəkillərini görsəm ad ba ad yazacam. Və tələb edəcəm dövlətdən bunlarla bağlı tədbirlər görsün...
Zaur Əliyev