
Rusiya və Belarusun “Qərb-2025” birgə strateji təlimləri başlayıb.
Newscenter.az RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hərbi manevrlər iki ölkənin poliqonlarında, Baltik və Barents dənizlərinin sularında keçirilir.
Müttəfiq dövlətə qarşı təcavüzü dəf etmək, habelə təhdidləri aradan qaldırmaq və onun sərhədlərində vəziyyəti sabitləşdirmək üçün növlərarası, regional və koalisiya qoşun qruplarının idarə olunmasının müxtəlif variantlarının hazırlanması planlaşdırılır.
Təlimlərin ikinci mərhələsinin həyata keçirilməsi üçün təlimlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), ŞƏT və digər tərəfdaş dövlətlərin üzvlərinin əməliyyat qrupları və hərbi kontingentinin dəvət olunduğu da bildirilir.
Mehman Mehdiyev