
2024-cü ildə Özbəkistana cəlb edilən xarici investisiyaların və kreditlərin həcmi 27,7 milyard ABŞ dolları təşkil edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb.
Çin 28,7 faiz payla ölkənin ən böyük investoru olub. Qalan aparıcı ölkələr aşağıdakı kimi bölüşdürülüb.
Rusiya - 12,7 faiz, Türkiyə - 7 faiz, Almaniya - 5,1 faiz, Səudiyyə Ərəbistanı - 4,8 faiz, Böyük Britaniya - 3,8 faiz.
Çinin böyük investisiyası Özbəkistanda iri iqtisadi layihələrin maliyyələşdirilməsində həlledici rol oynayır.
Süleyman