Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın turizm məkanı Rusiyanın güzəştli turlar siyahısına daxil edilə bilər

Özbəkistanın turizm məkanı Rusiyanın güzəştli turlar siyahısına daxil edilə bilər


Rusiya hökuməti ölkənin turoperatorlarının güzəştli şərtlərlə maliyyə təminatı almaqla turist turları təşkil edə biləcəyi ölkələrin siyahısını təsdiqləyib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sərəncama əlavə edilən siyahıya Abxaziya, Belarus və Cənubi Osetiya daxildir.

Rusiya Turizm Sənayesi Assosiasiyasının (RST) vitse-prezidenti Yuri Barzıkinin sözlərinə görə, hökumətin təsdiq etdiyi ölkələrin siyahısının bu tərkibi əvvəlcədən gözlənilirdi.

"Rusiyalı turist axınının əsas hissəsi Belarus və Abxaziyaya düşür. Əldə etdiyimiz məlumatlara görə, Belarusa 5 milyondan çox, Abxaziyaya isə 1,5 milyon insan səfər edir. İndiyə qədər siyahıda üç ölkə var, lakin bu, genişlənəcək və zaman keçdikcə Özbəkistan və Qazaxıstan kimi ölkələrin də bu sıraya daxil ola biləcəyini düşünürük", - Barzıkin qeyd edib.

Siyahıya daxil olan ölkələr üçün əsas üstünlüklər bunlardır. Rusiyadan turist axını artacaq - üstünlüklər hesabına daha çox rus operatorları bazara daxil olacaq, rəqabət güclənəcək, nəticədə destinasiya seçimi genişlənəcək ki, bu da turistlər üçün qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.

Süleyman
Xəbəri paylaş