
ABŞ və Belarus arasında aparılan danışıqlar müstəvisində prezident A. Lukaşenko siyasi məhbusları azad edir. Bir neçə davam edən danışıqlar müsbət nəticə verir. ABŞ prezidenti Belarusa müəyyən sanksiyaları qaldırır.
ABŞ Belarusu Rusiyadan ayırmağa çalışır. Əgər, Vaşinqton Belarusa ciddi iqtisadi və siyasi dəstək verərsə, A. Lukaşenkonun Moskva qarşısında immuniteti güclənə bilər. Görünür, ABŞ Belarusu öz tərəfinə çəkməklə, Belarusu Rusiyanın poliqonundan azad etməyi planlaşdırır.
ABŞ- Belarus əlaqələri inkişaf edərsə, Moskvanın təzyiqləri qaçılmaz ola bilər. Bundan əlavə, Belarusda NATO qarşı "Qərb-2025" hərbi təlimləri keçirilir. Təlimlərin əsas məqsədi "hipotetik təcavüzə" cavab verməkdir. Proqrama taktiki nüvə silahlarının “istifadə elementləri” və eyniadlı hipersəs raketi olan Rusiyanın “Oreşnik” kompleksi daxildir.
Göründüyü kimi, Rusiya Belarusdan Qərbə qarşı istifadə edir. ABŞ və Belarus danışıqları müsbət istiqamətdə davam edərsə, Belarus-Rusiya münasibətlərində qırılma baş verəcək. Təbii ki, ABŞ A. Lukaşenkoya özünü komfortlu hiss edib, "iki stulda" oturması üçün bu danışıqları aparmır. Belarusla Qərb arasında problemi həll edib, Rusiyanin hərb maşınının tədricən bu ölkədən çıxarmağa hesablanıb.
Avropanın şərqində Rusiya təkcə Belarusla münasibətləri var. Belarusu bu ittifaqdan ayırmaq siyasəti Ukrayna müharibəsindən asılı olacaq. Görünür, ABŞ Ukrayna cəbhəsində Rusiyaya ağır zərbə vurmaq planına malikdir ki, arxayın olaraq Belarusla danışıqlar aparır.
ABŞ xüsusi nümayəndələri Belarus, Ukrayna və Cənubi Qafqazda ciddi danışıqlar aparır. Vaşinqton Rusiyanı sıxışdırmaq siyasətini həyata keçirir. Baxmayaraq ki, bu siyasət D. Trampın V. Putinə hər gün elan etdiyi simpatiyası açıqlaması fonunda davam edir.
Məhəmməd Əsədullazadə, politoloq