Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Freedom House” təşkilatının hesabatı subyektiv düşüncələr əsasında formalaşıb -ÖZƏL

“Freedom House” təşkilatının hesabatı subyektiv düşüncələr əsasında formalaşıb


“Freedom House” bir qayda olaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Sözügedən təşkilatın indiyə qədər Azərbaycanla bağlı bir dənə də olsun pozitiv fikir, mövqeyi olmayıb.

Bu fikirlər “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, sözügedən təşkilatın “Media haqqında qanun”la bağlı səsləndirdiyi iradlar “Freedom House”-da təmsil olunan antiAzərbaycan qüvvələrin təfəkkürünün məhsuludur:

“Təşkilatın səsləndirdiyi iradların heç bir məntiqi əsası yoxdur. “Freedom House” iddia edir ki, yeni qanun Azərbaycanda söz və mətbuat azadlığının pozulmasına xidmət etdiyi üçün media subyektləri həmin qanunu dəstəkləməyib. Buradan aydın olur ki, “Freedom House” təşkilatında sözügedən qanun layihəsi, onun müzakirəsi və s. barədə məlumat yoxdur. Əks təqdirdə təşkilat qanun layihəsinin bütün media subyektləri ilə müzakirə edildiyi, hətta onun ictimai müakirəsinin təşkil olunduğunu bilmiş olardı. Bu da bir daha onu deməyə ısas verir ki, “Freedom House” təşkilatının hesabatı subyektiv düşüncələr əsasında formalaşıb və bu təşkilatın ümumiyyətlə, qanun barədə məlumatı yoxdur”.

İctimai Birlik bəyan edir ki, “Freedom House” təşkilatının iddia etdiyinin əksinə olaraq Azərbaycanda söz və mətbuat azadlığı inkişaf edir. Çünki dövlət və onun müvafiq qurumları bu prosesdə maraqlıdırlar.

Mehman
Xəbəri paylaş