Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anna Akopyandan erməni revanşistlərə XATIRLATMA -ÖZƏL

Anna Akopyandan erməni revanşistlərə XATIRLATMA


"Ermənistanın baş naziri Anna Akopyanın bu günlərdə 44 günlük Vətən müharibəsi zamanı erməni ordusunda baş verən fərarilik halları ilə bağlı açıqlaması əslində bu ölkədə baş qaldıran revanşistlərə, müharibə tərəfdarlarına bir xəbərdarlıq, xatırlatma idi. Erməni baş nazirinin xanımı bununla müharibə tərəfdarlarınıa xatırladırdı ki, İkinci Qarabağa müharibəsində 11 min fərari erməni hərbiçisinin olmasını unutmaq olmaz və müharibə həvəsinə düşənlər mütləq bunu nəzərə almalıdırlar".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Ermənstanda yenidən baş qaldıran müharibə tərəfdarları Anna Akopyanın xatırlatmasına mütləq diqqət çəkməlidirlər:

"Əslində fərarilik edən erməni gənclərini də başa düşmək mümkündür. Belə ki. onlar öz torpaqları uğrunda döyüşmədiklərinin fərqindədirlər. Ona görə də 44 günlük Vətən müharibəsində hərbi xidmətdən yayınmağa üstünılük verdilər".

Arzuman Muradlı bildirib ki, Ermənistandan fərqli olaraq isə Azərbaycanda hər zaman hərbi vətənpərvərlik hissi ən yüksək səviyyədə olub, gənclər torpaqlarının müdafiəsi uğrunda mübarizəyə qeyd-şərtsiz hazır olublar:

"44 günlük Vətən müharibəsinin ilk günlərində Cənab Prezidentin qismən səfərbərlik edilməsi barədə televiziyadan xalqa müraciətindən qısa müddət sonra çağırış məntəqələrinə axın-axın insanların gəlməsi, Vətən uğrunda müharibəyə qoşulması bunun əyani sübutu idi. Erməni hərbiçilər döyüşdən qaçdığı haıda, azərbaycanlı gənclər isə heç nədən qorxmadan, çəkinmədən düşmənlə döyüşə getdi və Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfəri qazandı".

Mehman
Xəbəri paylaş