İran 7 illik fasilədən sonra Birləşmiş Ərəb Əmirliklərinə yenidən səfir təyin edib. Newscenter.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən bildirir ki, Xarici İşlər Nazirliyi səfir postuna Rza Əmirini layiq bilib. Amiri tezliklə yeni işinə başlamaq üçün Əbu-Dabiyə gedəcək.
Diplomatın bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışdığı bildirilir.
Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılıb. Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və səfir Seyf Məhəmməd Ubeyd əz-Zəbini ölkəsinə geri çağırılıb.
Mehman