Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran adının olduğu hər yerdə təhlükə, terror vardır -ÖZƏL

İran adının olduğu hər yerdə təhlükə, terror vardır


"Din amilinin hər hansı məqsədlər üçün istifadə edilməsinin özü İranın İslamla əlaqəsinin olmadığını sübut edir. Müsəlman ölkə hesab edilən bir dövlət tək qonşularına deyil, bütün dünyaya məhəbbətlə baxmalıdır. Amma İran adının olduğu hər yerdə təhlükə, terror vardır".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan həmişə şiə dövləti deyə anılıb. Bu, indi yox, tarixən belə hesab edilib:

"Təbii ki, müxtəlif dindən, təriqəttdən də insanlar az olmayıb. Azərbaycan dünya miqyasında tolerant ölkə hesab olunur. Burada bütün dinlərin nümayəndələri dünyadan fərqli olaraq əmin-amanlıq və yaxşı münasibətlər içərisində yaşayırlar. Heç bir diskriminasiya halları olmayıb və indi də yoxdur. Necə ola bilər ki, İran iddia etdiyi kimi, bütün dinlərin nümayəndələri Azərbaycanda rahat şəkildə yaşayırlar, amma şiə məzhəbindən olan öz vətəndaşlarımız təqib edilir, həbs edilir? Cinayətkarın nə milliyəti, nə də dini və məzhəbi olmur. Həbs edilənlər terrorçulardır və onlar törətdikləri cinayətə görə həbs ediliblər, haqlı cəzalarını alacaqlar. Bunu şiəliklə əlaqələndirmək əsas İslam düşmənlərinin işidir".

Azər Qasımov hesab edir ki, onlar bu yolla ölkədə məzhəb davası salmaq istəyirlər:

"Azərbaycan xalqı artıq İran molla rejiminin siyasətini də, iç üzünü də yaxşı bilir və başa düşür. Odur ki, belə ucuz oyunlarla ancaq öz başlarına gələ biləcəkləri tezləşdirirlər".

Anar
Xəbəri paylaş