44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi Laçında da geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Birbaşa dövlət başçısı İlham Əliyevin nəzarəti altında həyata keçirilən tədbirlər, görülən işlər Laçına məcburi köçkünlərin vaxtından əvvəl qayıdacağına əminlik yaradır. Elə Yeni Azərbaycan Partiyasının üzvü Fariz İmamverdiyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü qeyd edib ki, bu günlərdə Prezident İlham Əliyevin Laçına xüsusi nümayındə təyin etməsi, eyni zamanda həmin şəxsi qəbul edərək ona müəyyən tövsiyələr verməsi deyilənləri bir daha təsdiqləyir:
"Cənab İlham Əliyev Qarabağda və ətraf digər rayonlarımızda görülən işlərlə mütamadi olaraq maraqlanır və müvafiq tapşırıqlarını verir. Digər rayonlarımız kimi Laçında da böyük bərpa-quruculuq işləri həyata keçirilir. Bir neçə gün öncə cənab Prezidentin müvafiq Sərəncamına əsasən Laçın rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Bu isə təbii ki, Laçının hərtərəfli inkişafı naminə atılmış uğurlu addımlardan, həmçinin kadr islahatlarının bir hissəsidir".
Mehman