Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ordusu üzərinə düşən vəzifəni yerinə yetirir

Azərbaycan ordusu üzərinə düşən vəzifəni yerinə yetirir


"10 noyabr sazişindən irəli gələn müddəaları yerinə yetirməyə səy göstərmək istəməyən Rusiya sülhməramlı qüvvələri, ordumuzun son günlərdə fəallığı və cəsarətli addımları qarşısında geri çəkilməyə məcbur qalıb. Hazırda münaqişə zonasında Azərbaycan ordusu üzərinə düşən vəzifəni yerinə yetirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu ikinci Qarabağ müharibəsi zamanı, BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi missiyasını xatırladır:

"Ordumuzun İndiki addımları da həmçinin eynilə üçtərəfli noyabr sazişindən irəli gələn öhdəlikləri əhatə edir. Hansı ki, bunu Rusiya və Ermənistan tərəfi öhdəlik kimi imzalayaraq həyata keçirmələri lazım idi. İki ildən artıqdır ki rəsmi Bakı Rusiya və Ermənistanın qeyri qanuni hərəkətlərinə dözür və nəhayət bu günlərdə Zəngəzur istiqamətində əldə etdiyimiz yeni mövqelər və Qafan rayonu yaxınlığında ucaldılan üç rəngli bayrağımız onu göstərdi ki, Azərbaycan ordusu ikinci Qarabağ müharibəsi zamanı həyata keçirdiyi missiyanı, bu dəfə də özü üzərinə götürməyi qərar verib".

Çingiz Şahbazi deyib ki, hazırda nəzarət postları qurulub və yoxlama prosesləri aparılır.Bundan sonra Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər əraziyə buraxılması nəzərdə tutulub:

"Bütün bunlar onu göstərir ki, öz işinin öhdəsindən gələ bilməyən rus sülhməramlı qüvvələrinin geri çəkilmə səbəbi, məhz Azərbaycan ordusunun haqlı olaraq cəsarətli addımları ilə bağlıdır".

Anar
Xəbəri paylaş