Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlılarla danışıqlar qrupunun üzvü Sergey Martirosyan niyə vəzifədən azad edildi

Azərbaycanlılarla danışıqlar qrupunun üzvü Sergey Martirosyan niyə vəzifədən azad edildi


Qarabağdakı Rusiya kontingenti ilə əməkdaşlıq mərkəzinin rəhbəri, həm də azərbaycanlılarla danışıqlar qrupunun üzvü olan Sergey Martirosyan bu yaxınlarda tutduğu vəzifədən azad edilib.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən hərbi ekspert Ədalət Verdiyev deyib ki, onun işdən çıxarılmasına səbəb dövlət naziri Qurgen Nersisyanla fikir ayrılığı olub:

"Nersisyan bundan narazıdır və Martirosyanın vəzifəsini aşağı salaraq onu Təhlükəsizlik Şurası katibinin müavini təyin edib".

Ekspert deyib ki, faktiki olaraq Martirosyanı işdən çıxarmaqla Rusiya sülhməramlıları ilə ünsiyyətdən, proseslərdə iştirak etmək imkanından məhrum edilib:

"Qeyd edək ki, Vitali Balasanyanın Təhlükəsizlik Şurasının katibi olduğu dövrdə Sergey Martirosyan eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə daim Vitali ilə birlikdə iştirak edib. Balasanyanın istefasından sonra Təhlükəsizlik Şurasının "optimallaşdırılması" nəticəsində bu idarə ləğv edilib. Bundan başqa, Martirosyan Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Muradovla yaxın münasibətdə idi. 44 günlük müharibə zamanı itkin düşənlər arasında Martirosyanın oğlu da var".

Anar
Xəbəri paylaş