Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bütün şiələr İran aşiqidir” fikri zərərlidir -ÖZƏL

“Bütün şiələr İran aşiqidir” fikri zərərlidir


Iran maksimum dərəcədə Azərbaycan daxilində ixtilaf yaratmağa, xüsusilə dini zəmində qarşıdurmaya yol açmağa çalışır. Millət vəkili Fazil Mustafaya qarşı məlum terror hücumundan sonra bir neçə nəfərin həbsini Azərbaycanın şiə məzhəbi nümayəndələrinə qarşı basqısı kimi qələmə verən molla rejimi, bu yolla daxili-siyasi sabitliyi pozmağa cəhd göstərir.

Azərbaycan Yüksəliş Partiyasının (AY) sədri Anar Əsədli də hesab edir ki, İran praktiki olaraq, Azərbaycanla bacara bilmədiyi üçün bu cür təxribatlara əl atıb, xalqı içindən bölməyə çalışır.

Newscenter.az-ın xəbərinə görə, partiya sədri onu da diqqətə çatdırıb ki, Iranın ölkəmizdəki casus şəbəkəsi haqqında danışarkən ifadələrdə diqqətli olmaq lazımdır.

“Bütün şiələr İran aşiqidir” fikri real deyil, yanlışdır və zərərlidir. Azərbaycanda olan bütün şiələr İran aşiqləri deyil.
Bu informasiyalar da böyük ehtimalla "İrançı" şəbəkələrin sabotajıdır".

Mehman
Xəbəri paylaş