"Terrorçuluqda şübhəli bilinərək həbs edilən şəxslərin şiə olduqları üşün saxlanıldıqları iddiası, İran mollalarının və onların Azərbaycandakı əlaltılarının xəstə təxəyyülünün məhsuludur".
Newscenter.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur:
“Azərbaycan, təkcə müsəlmanların yox, digər dini konfessiyaların da azad, sərbəst, tam təhlükəsiz şəraitdə fəaliyyət göstərdiyi ölkədir. Beynəlxalq birlik tərəfindən multikultural, tolerant ölkə olaraq tanınır”.
Qeyd edək ki, İran millət vəkili Fazil Mustafaya qarşı terror həyata keçirməkdə şübhəli bilinən şəxslərin həbsini dini amillə əlaqələndirməyə çalışıb və iddia edib ki, həmin şəxslər şiə məzhəbinin nümayəndələri olduğu üçün həbsə atılıb.
Mehman