Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla rejiminin xarici siyasətinin strateji xətti-TƏHLÜKƏLİ MƏQAMLAR -ÖZƏL

Molla rejiminin xarici siyasətinin strateji xətti-TƏHLÜKƏLİ MƏQAMLAR


"Molla rejiminin xarici siyasətinin əsas strateji xətti, özünün uydurduğu, fars-şiə təriqətini ətraf ölkələrə ixrac etməkdən ibarətdir".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, bunun formulu sadədir:

"Ayətullahlar həmin ölkələrə səlahiyyətli nümayəndələrini təyin edir. O da öz növbəsində, məscidlərdə, dini mərasimlərdə axundlar, mollalar vasitəsilə konkret Tehranda tərtib olunmuş proqram üzrə təbliğat aparırlar. Eyni zamanda, qabiliyyətli gənclər seçilərək Qum. Məşhəd şəhərlərinə “dini” təhsil almağa göndərilir. Orada SEPAH və ETTEALAT kimi xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunurlar".

Millət vəkili qeyd edib ki, xüsusilə fərqlənənlərə maddi dəstək verilir, bir çoxlarının müxtəlif dövlət orqanlarında işlə təmin olunmasına dəstək verilir:

"Paralel olaraq təşkilatlanma işləri aparılır”.

Anar
Xəbəri paylaş