Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ocaqnicatın yaratdığı “Hüseynüyyün” təşkilatı, "Hizbullah"ın Azərbaycan variantıdır -ÖZƏL

Ocaqnicatın yaratdığı “Hüseynüyyün” təşkilatı, "Hizbullah"ın Azərbaycan variantıdır


“İran dünyada terroru dəstəkləyən. maliyyələşdirən ölkə olaraq tanınır. Bu ölkənin həyata keçirdiyi terror siyasəti nəticəsində. “Hizbulla” , “Hamas” və bir çox terror təşkilatları yaranmışdır ki, onların fəaliyyəti göz qabağındadır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanda isə həmin siyasəti 30 il ərzində, Xamaneinin nümayəndəsi, Ocaqnicat adında bir zat həyata keçirib:

"Onun yaratdığı “Hüseynüyyün” təşkilatı, Hizbullahın Azərbaycan variantıdır. Şükürlər olsun ki, gec də olsa, həmin “nağılbaz” ölkədən çıxarıldı. Ancaq, fakt odur ki, yaratdığı təşkilat fəaliyyətdədir. Saatlarla, məscidlərdə yuduğu beyinlər, uzun illər ərzində əkdyi toxumlar cücərib və ağalarına qulluq etməkdə davam edirlər".

Anar
Xəbəri paylaş