Hazırda həbsdə olan Xalqların Demokratiya Partiyasının (HDP) keçmiş sədri Səlahəddin Dəmirtaş prezident Rəcəb Tayyib Ərdoğanı təhdid edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, HDP təmsilçisi prezident Ərdoğana özünəməxsus şəkildə “Seçkidən sonra məni həbsdə saxlaya biləcəkmi görəcəyik” mesajı verib.
"Altılı" masanın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu açıq şəkildə dəstəkləyən Dəmirtaş CHP lideri Kamal Kılıçdaroğlunun “dəyişiklik və demokratiya üçün səmimi səy göstərdiyini” bildirib.
Qeyd edək ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş Ədirnə həbsxanasından İngiltərənin “Financial Times” qəzetinin suallarını cavablandırıb.
Mehman