Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın səmimiyyətinə inam azdır -ÖZƏL

İranın səmimiyyətinə inam azdır


“Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığından sonra Tehran-Bakı münasibətlərində müsbət atmosferin müşahidə ediləcəyinə inam o qədər də çox deyil. Çünki cənub qonşumuz heç vaxt Azzərbaycana qarşı səmimi olmayıb”.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, yaxın tariximizdə bir neçə dəfə belə situasiya yaşanıb, lakin sonrada Tehran Bakıya qarşı olan xislətindən əl çəkməyərək özünün məkirli, mənfur siyasətini davam etdirib:

“Bir müddət əvvəl də İrandan eyni jesti müşahidə etdik. Bu ölkənin xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramova səng etdi, iki ölkə arasında münasibətlərin inkişafının tərəfdarı olduqlarını bildirdi. Ancaq bunun üzərindən çox keçmədən Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı terror həyata keçirildi. Ona görə də Tehranın səmimi əməkdaşlıq jestinə inam azdır”.

Analitik Qrupdan bildirilib ki, İrandan fərqli olaraq isə Azərbaycan hər zaman yaxın qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlığa, normal qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə üstünlük verib.

Natiq
Xəbəri paylaş