"Verilən bəyanatların mətninə yox, onun mahiyyəti daha doğru fikir yaradır. Ukraynanın məğlubiyyəti elə kollektiv Qərbin, özünü demokratik dünya adlandıranların məğlubiyyəti olacaq. Ona görə də Ukraynanın hərbi potensialı azalıbsa, deməli, onu lazım bildikləri səviyyəyə qədər artıracaqlar".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Pentaqonun mayın 23-də Ukraynanın məğlub olacağı ehtimalı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Azər Qasımov hesab edir ki, Pentaqonun verdiyi bəyanat, əslində, Rusiya tərəfində yanlış fikir formalaşdırmaq məqsədi güdür:
"Rusiyanın sayıqlığını azaltmaq, guya Ukrayna artıq məğlub olur və ya olacaq görüntüsü yaratmaq üçündür. Uzun zamandan bura Ukrayna ordusunun əks-hücum əməliyyatlarının başlaması ərəfəsində meydana buraxılan dezinformasiyadır. Əgər həqiqətən belədirsə, Pentaqon və Ramştayn dövlətləri hara baxır ki, vəziyyət pisdir? Bəs verilən və vəd edilən müxtəlif silahlar haradadır, niyə verilməyib? Burdan belə məntiq hasil olur ki, Ukrayna ordusu silah-sursat baxımından zamana görə zəifləyib güclənə bilər, amma məğlub olacaq və eyni zamanda, bunu açıq şəkildə elan ediləcək şəkildə müdafiəsiz qoyula bilməz".
Politoloq deyib ki, bunları oyun hesab etmək olar:
"Keçən Ukrayna hücumunda da Ukrayna dezinformasiya ilə Rusiyanı aldadıb, gözlənilməyən ərazidən hücuma keçdi və böyük ərazilərini geri alıb, azad edə bildi".
Mehman