Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsanlar sadə mənfəət hesabları yönündə iki cür əxlaq inkişaf etdiriblər

İnsanlar sadə mənfəət hesabları yönündə iki cür əxlaq inkişaf etdiriblər


Əgər bir iş yerində işləyən insanın rəhbəri xoş niyyətli, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır.

Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində tətbiq edilən yanlış bir baxışdır. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə, təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər. Ancaq təəccüblüdür ki, həmin insanlar öz yanlış baxışlarının davamı olaraq, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və qəzəbli şəxsə qarşı isə səssiz, təslimiyyətli və hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri yetdiyi qədər onların gözünə girməyə çalışırlar. Özlərinə nümunə götürdükləri insanlar da, yenə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.

Dünyanın hər yerində, hər yaşdan, hər zümrədən olan insanlar arasında rast gəlinən bu vəziyyətin ən qabarıq nümunələrindən birini iş yerlərində görmək mümkündür. Əgər bir iş yerində işləyən insanın rəisi xoş niyyətli, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır. Çünki istədiyi bir şey edilmədiyində belə, bu insan mülayim davranacaq, çox reaksiya verməyəcək, vəziyyəti idarə edəcəkdir. Xoşluqla, təmkinlə qarşılıq verəcəkdir. İstədiyi bir iş başdansovma edildiyi zaman da mərhəmətli davranacaq, qarşı tərəfi incitməyəcək, mövzunun əhəmiyyətliliyinə baxacaq. Özünə hörmət edilmədiyi zaman belə səbirli davranacaq. Bunları bilən və təcrübə edən bir insan bu əxlaqa sahib olan şəxsə qarşı gözəl əxlaq göstərməyə və ya bu mövzuda daha çox əmək sərf etməyə ehtiyac olmadığına qərar verir. Çünki əmək sərf etməsə də, heç bir itkiyə məruz qalmayacaq, qarşı tərəfin gözəl əxlaqı və yaxşılığı hər şeyi düzəltməyə və tarazlaşdırmağa kifayət edəcək. Bu insan da, o şəxsin gözəl əxlaqından istifadə edəcək. Lakin bunun əksinə, iş sahibi təkəbbürlü, qəzəbli, dəyişkən xarakterli, tərs insandırsa, ona qarşı olan hörmət də yüksək səviyyədə olur. Belə bir insana qarşı bilərək və ya bilməyərək qüsur etməkdən diqqətlə çəkinilir. Həm işdə, həm də qeyri-iş yerlərində böyük heyranlıq və hörmət duyulur. Bu insan orada işləyən hər kəs üçün çox vacib insan olur. Belə bir insandan istifadə etmək yox, onu məmnun etmək, gözünə girmək üçün hər cür üsuldan istifadə edilir. Çünki bu xarakterdəki iş sahibinə qarşı bir xəta edilərsə, xəta edən insan böyük zərər görəcək. Ehtimal ki, dərhal işdən çıxarılacaq və bunun nəticəsində də maddi cəhətdən sıxıntıya düşəcək.

Məhz buna görə insan mənfəəti ilə toqquşan bir vəziyyətə düşməmək üçün özlüyündə haqq-hesab aparar və mənfəətləri üçün belə insana qarşı hörmətcil, gözəl əxlaqlı, itaətli, mehriban bir davranış göstərməyi qərara alar. İş həyatında tez-tez rast gəlinən bu vəziyyət həyatın digər sahələrində də özünü göstərir. Dostluqlarda, ailə müasibətlərində, qonşuluqlarda, ortaqlıqlarda yenə eyni qaydalar səssiz şəkildə tətbiq edilir. İnsanlar şüuraltlarında güclü gördükləri insanlara hörmət duyma yönündə sanki kütləvi şəkildə qərar vermiş kimidirlər. Ancaq güc sahibi olduğuna inandıqları insanlar aciz vəziyyətə düşəndə, onları dərhal digər kateqoriyaya aid edər və bir anda o insanlara olan hörmətlərini və heyranlıqlarını da itirərlər. Əgər bu insanlar yenidən əvvəlki işlərinə qayıtsalar, nə qədər riyakarca olduğuna heç məhəl qoymadan yenə hörmətcil davranışlarına geri dönərlər. İnsanlar arasında geniş yayılmış bu baxışın əvvəldən axıra kimi yanlış olduğu, əlbəttə ki, aydındır. İnsanlar sadə mənfəət hesabları yönündə iki cür əxlaq inkişaf etdiriblər. Bu iki əxlaqa aid olan qaydaları qarşılarına çıxan hər kəsə standart şəkildə tətbiq edirlər. Kimə yaxşı və boyunəyici davranacaqlarını, kimə təkəbbürlü və laqeyd olmalarını əzbər bilir və bunları həyata keçirirlər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş