"Fransa mətbuatında, Fransanın Ermənistana silah ixracı sisteminin yaradılması istiqamətində hazırlıq işlərinə start verilməsi barədə məlumatın verilməsi, rəsmi Parisin Ermənistana tezliklə daimi hərbi attaşesi təyin edəcəyi məsələsini gündəmə gətirib. Hazırda bu vəzifəni Fransanın Tbilisidəki attaşesi həyata keçirir. Eyni zamanda Fransa və Ermənistan arasında ikitərəfli silahlanma komitəsi öz fəaliyyətini bərpa edib və bu yöndə aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş direktorluğunun nümayəndə heyətinin Ermənistana səfəri həyata keçirilmişdir. Fransa hərbi sənayesinin məhsullarının Ermənistana tədarük edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi komitəyə tapşırılıb".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bütün bunlar bizə əsas verir deyək ki, Fransa Ermənistanı silahlandırmaqla özünün Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etməyə çalışır və bu istiqamətdə işlərin daha da sürətləndirir:
"Çünki, Rusiya və Ukrayna müharibəsindən dolayı, birincinin zəifləməsi Fransaya Cənubi Qafqazda onu əvəz etmək niyyətini və arzusunu açıq şəkildə göstərməkdədir. Ermənistan hökuməti Fransanı bölgəyə dəvət etməklə balansı qorumağa çalışır və Ermənistanda bu addımı Türkiyə və Böyük Britaniyaya qarşı Cənubi Qafqazda rəqabət mühitinin yaradılması istiqamətində atılan addım hesab edənlər də var. Əslində bütün bunlar regional təhlükəsizlik baxımından əhəmiyyətsiz addımlardır, çünki bölgədə ziddiyyətli ölkələrin çoxluğu, hər an sabitliyin pozulmasına səbəb ola bilər".
Ekspert hesab edir ki, bütün bunların fonunda Fransa və Ermənistan arasında bu sövdələşmə faktorunun müsbət nəticələr verəcəyi inandırıcı görünmür:
"Çünki, həyata keçirilməsi nəzərdə tutulan sövdələşmə böyük maliyyə vəsaiti tələb edir, hansı ki, bunu artıq Ermənistan hökumətinə qarşı inamını itirmiş erməni diasporaları vaxtilə Rusiyaya, Ermənistanı silahlandırmasından dolayı maliyələşdirirdilər"
Anar