Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa regionda həm Azərbaycan-Türkiyə, həm də Rusiya əleyhinə hərbi varlıq göstərmək istəyir -ÖZƏL

Fransa regionda həm Azərbaycan-Türkiyə, həm də Rusiya əleyhinə hərbi varlıq göstərmək istəyir


"Fransanın Azərbaycan-Ermənistan münasibətləri çərçivəsindəki siyasi tutumu birmənalı olaraq regionda sülhə və dayanıqlı inkişafa öz mənfi təsirlərini göstərir. Fransanın İrəvan səfiri Ketrin Kolonna, ölkəsinin səfirlik nəzdində hərbi missiya quracağını bəyan etmiş və bu addımı iki ölkə münasibətlərinin inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirmişdir. Rəsmi Parisin Ermənistanda hərbi missiya qurmaq istəyi yeni deyil".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Fransa höküməti vaxtaşırı olaraq İrəvanı müdafiə etmək adı altında bu niyyətini reallaşdırmaq istəyirdi:

"Lakin Rusiya faktoru Fransanı daha ehtiyyatlı davranmağa sövq edirdi. İndi isə Ermənistan üzərində reallıqlar tamam fərqlidir. İrəvan hər hansı bir vədlər qarşılığında istənilən gücü ölkəsinə dəvət etməyə hazırdır və bunu edir də".

"İndiki halda Fransa bu kimi addımları atmaqla regionda həm Azərbaycan-Türkiyə, həm də Rusiya əleyhinə siyasi və hərbi varlıq göstərmək istəyir" deyən AVP rəsmisi hesab edir ki, Fransa kifayət qədər güclü hərbi sənayesi və iqtisadiyyata sahib bir ölkədir:

"Ancaq Parisin İrəvana hərbi dəstək verməsi ölkəmiz lehinə olan güc balansına təsir etmək iqtidarında deyil. Digər tərəfdən Fransa ordusu və hərbi sənayesi NATO standartlarına və sisteminə inteqrasiya olunmuşdur ki, Ermənistana yüksək səviyyəli hərbi dəstək vermək, silah-sursatla təmin etmək İranın və Rusiyanın təsirləri fonunda risqli bir addım olar. Hesab edirəm ki, hərbi missiyanın yaradılması daha çox siyasi istiqamətlərə hesablanmış gedişatdır və bu kimi addımlar Azərbaycanın mövqeyinə təsir göstərcək iqtidarında deyil".

Anar
Xəbəri paylaş