Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak əlaqələrimizin dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir -ÖZƏL

Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak əlaqələrimizin dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfəri çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib. Ölkəmizin ilk dəfə belə bir tədbirə qatılması müxtəlif fərqli fikirlərin yayılmasına səbəb olub. Bəs, görəsən Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılmaq Azərbaycana hansı dividentləri gətirəcək?

Newscenter.az-ın xəbərinə görə, politoloq Ramin Əhmədov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq,qismində iştirakı ittifaqa üzv ölkələrlə əlaqələrimizin dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir:

"Fakt odur ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var".

Ramin Əhmədovun qənaətincə, cənab prezident iclasdakı dərin, konseptual çıxışı ilə iştirakçılarda həm ölkəmizin siyasi- iqrisadi potensialı barədə aydın təsəvvürlər yaratdı, həm də Azərbaycanın etibarlı və dayanıqlı tərəfdaş fəolduğunu bir daha hər kəsin diqqətinə çatdırdı və hər kəs üçün bu həqiqət bir daha aydın oldu:

"Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Zəngəzur dəhlizi isə region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır. Başqa sözlə, Azərbaycanın təşəbbüskarı olduğu layihələrdə iştirak ölkələrə yeni inkişaf fürsəti tanımış olur. Ümumiyyətlə, cənab prezidentin çıxışı və Nikol Paşinyanı yerində oturdan cavabı qürurverici idi. Paşinyanın acizliyi onun üz cizgilərindən də görünürdü".

Anar TAGİYEV
Xəbəri paylaş