“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə ciddi nəticənin əldə olunacağı mümkün görünmür”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, burada söhbət Ermənistanın sülhə hazır olub-olmamasından getmir:
“Söhbət əsas söz sahibi, təşəbbüskar qismində çıxış edən Rusiyadan gedir. Ermənistan qədər Rusiya da sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki belə bir müqavilənin imzalanması və tərəflərin bir-biri ilə anlaşa bilməsi ilk növbədə Rusiyanın regiondan çıxması, sülhməramlı kontingentin Qarabağdan geri çağırılması demək olacaq ki, bu variant da Rusiyaya sərf etmir. Ona görə də Moskva prosesin hələ bir müddət də uzanmasında maraqlıdır”.
Mehman Mehdiyev