Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxsin kimliyi məlum olub.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, hücum edən şəxsin axtarışları davam edir: “Hücumu Türkiyədən ABŞ-a köçmüş türk həyata keçirib”.
Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb və pəncərələri sındırılıb.