Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ikiüzlü siyasət həyata keçirir -ÖZƏL

Rusiya ikiüzlü siyasət həyata keçirir


"Rusiya sülhməramlı kontingenti müvəqqəti məsuliyyət bölgəsində separatçıların atış təlimlərinə göz yummaqla üç tərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmağa davam edir. Sülhməramlıların bu kimi addımları ilk deyil və biz onların bu tip əməllərinin dəfələrlə şahidi olmuşuq".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bundan öncə baş vermiş proses ölkəmizin Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması kimi məntiqi sonluqla yekunlaşdı:

"Azərbaycan separatçıların gərginliyi artırmaq cəhdlərinə qarşılıq antiterror əməliyyatları keçirmək variantını öz əlində saxlayır. Aydındır ki, sülhməramlı qüvvələr bütün göstərişləri Kremldən alır və bir tərəfdə liderlərin görüşünü təşkil edən Rusiya digər tərəfdən gərginliyi artırmağa hesablanmış fəaliyyətlər icra etməklə ikiüzlü siyasət həyata keçirir".

AVP rəsmisi hesab edir ki, rəsmi Moskvanın bu tip mövqe nümayiş etdirməsinin əsas səbəbi Qarabağda yaşayan ermənilərin Azərbaycana mümkün reinteqrasiya prosesinə mane olmaq və bölgədə onlara ehtiyac varmış kimi imic formalaşdıraraq sülhməramlı missiyasının müddətini uzatmaqdır:

"Rusiya hərbi-siyasi dairələri Qarabağa hər zaman Azərbaycan və Ermənistana təzyiq vasitəsi kimi yanaşıblar və bu ölkənin regional siyasətində Qarabağda vəziyyətin qeyri-stabil olması başlıca şərtlərdən biridir. Digər tərəfdən Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından istifadə etməklə ermənilərin Qarabağ klanını baş nazirə qarşı qaldırır və bu faktor Paşinyan hakimiyyəti üçün ciddi təhlükədir".

Anar Əliyev
Xəbəri paylaş