Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynaya qarşı KTMT-ni səfərbər edə bilərmi? -ÖZƏL

Rusiya Ukraynaya qarşı KTMT-ni səfərbər edə bilərmi?


Ukraynanın diversiya qruplarının Rusiyanın Belqorod şəhərinə girərək orada təxribat törətməsi Moskva üçün Ukraynaya qarşı KTMT-dən istifadə etmə şansı verə bilər. Hər halda bəzi ekspertlər belə düşünürlər. Elə politoloq Vüqar Əhmədov da bu halı mümkün hesab edir.

Newscenter.az-a verdiyi açıqlamada politoloq deyib ki, nəzəri olaraq bu mümkündür və əslində KTMT nizamnaməsinə görə hər hansı üzv ölkənin ərazisinə təhlükə olarsa digər üzv ölkələr müdaxilə etməlidir:

"Bəlkə elə Rusiyanın da məqsədi budur, ikinci dünya müharibəsi təcrübəsindən istifadə edib keçmiş İttifaq Respublikalarını münaqişəyə cəlb etmək. Rusiyada hər nə qədər əhali çox olsa da, bu müharibədən yayınmaq istəyənlərin sayı da çoxdur. Rusiya Ukraynadakı müharibədən sonra belə görünür ki, məsələni daha sərt qoyur və İttifaq ölkələrini qərar verməyə təhrik edir, ya Qərb-NATO, yaxud KTMT".

Vüqar Əhmədov qeyd edib ki, bu gün Ermənistana olan münasibət və Ermənistan sərhədində Avropadan olan missiyaya qısqanc münasibət, bunun əvəzinə KTMT-nin yerləşdirilməsi təklifi, Qazaxıstanda keçən il baş verən iğtişaşlar və KTMT qüvvələrinin oraya müdaxiləsi kimi praktikalar mövcuddur:

"Ola bilsin ki, Belqorodda gedən döyüşlər və Ukraynanın müdaxiləsində Rusiya məhz bu baxımdan, yəni KTMT-yə üzv olan dövlətləri cəlb etməkdə maraqlı olsun və bununla münaqişənin miqyasını genişləndirərək Rusiyada mövcud olan daxili gərginlikdən əhalinin diqqətini yayındırsın. Düşünürəm ki, Cənubi Qafqazda gedən proseslər, Mərkəzi Asiyada baş verənlər, Ukraynada aparılan əməliyyatlar qlobal bir oyunun hissələridir və burada müəyyən düşünülmüş bir strategiya var. Lakin bir məsələ də var ki, müharibənin Rusiyanın içərlərinə doğru irəliləməsi və genişlənməsi halı Ukraynanın xeyrinə çevrilə bilər və Rusiyanın öz daxilindəki probleminlərdən istifadə edən Ukrayna öz ərazilərini tam azad edə bilər. KTMT üzvlərinin də Ukraynaya qarşı birləşərək hərbi əməliyyatlara qoşulması da ilk baxışda bir o qədər inandırıcı görünməyə bilər. Çünki bu ciddi qərar olacaq və dolaysı ilə Qərblə qarşıdurmaya gətirəcək".

Anar Əliyev
Xəbəri paylaş