Rusiya ilə İsveç arasında diplomatik kriz getdikcə böyüyür. Moskvanın 5 isveçli diplomatı ölkədən qovmasının ardınca Rusiya bu ölkədəki İsveç Baş Konsulluğunu da başlamaq qərarına gəlib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı artıq qarşı tərəfə məlumat verib.
Belə ki, 1 sentyabr, 2023-cü il tarixdən etibarən İsveçin Sankt Peterburq şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandıracaq.
Anar TAGİYEV