"Kiyevin əks hücum əməliyyatına başlamasını Rusiyanın dövlət kimi varlığını isbat etməsi yolunda son şans adlandırmaq olar. Bu hücumun nəticələri Rusiyanın gələcək taleyini həll edəcək".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Ukraynanın əks hücum əməliyyatına başlaması barədə rəsmi məlumat açıqlamasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, kollektiv Qərbin silahlandırdığı Ukrayna ordusunun əks hücumunun uğurlu olacağını böyük ölçüdə proqnoz etmək olar:
"Məsələ onda deyildir ki, bu, artıq Rusiyanın zəifliyinin isbat edildiyi bir durumda məlum məsələdir. Məsələ ondadır ki, Rusiyanın mahiyyətcə Qərbə uduzduğu aydındır və bu kampaniyada Rusiyanın məğlub olmasından başqa variant yoxdur, ola da bilməz. Rusiya hər cəhətdən geridə qalmış ölkədir. Hər hansı bir sürpriz mümkün deyil".
Anar Əliyev