Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ukraynada uğurdan daha çox uğursuzluq nümunəsi -ÖZƏL

Rusiyanın Ukraynada uğurdan daha çox uğursuzluq nümunəsi


Kiyev Rusiyaya qarşı əks hücum əməliyyatına başladığını rəsmən açıqladı. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyakın verdiyi məlumata əsasən Ukrayna ordusu uzun zamandır gözlənilən əks hücüm əməliyyatlarına start verib və bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Bu məlumatın fonunda isə Vaqner muzdlu bölməsinin rəhbəri Yevgeni Priqojen özünün teleqram səhifəsində döyüşçülərini Baxmutdan çıxartmağa başladığını bildirib və bölməsinin Baxmut şəhər döyüşlərində 20 min itki verdiyini açıqlayıb.

AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Newscenter.az-a bildirib ki, Priqojen bu qədər itki verdiklərini etiraf edirsə, demək bu say daha artıqdır və yaralılarıda nəzərə alsaq 40 mindən çox itki qaçınılmazdır:

"Bu rəqəm təkcə özəl hərbi birliyin itkisidir. Bununla paralel olaraq da nizami orduda öz növbəsində ciddi itkilər verir. Və demək olar ki, Rusiya Baxmut döyüşlərində bütün elit hərbi birləşmələrindən istifadə etdi və bir çoxu da Ukrayna ordusu tərəfindən məhv edildi. Biz hər zaman qeyd etmişik ki, ruslar tarix boyu qazandıqları qələbələri coxsaylı insan itkiləri hesabına əldə edib və Baxmut kimi 56 kv km-lik şəhər uğrunda bu qədər sayda hərbçinin ölümündən sonra əldə olunan qələbə uğurdan daha çox uğursuzluq nümunəsidir".

AVP rəsmisi hesab edir ki, işğalçıların bu sayda itkiləri fonunda Ukrayna ordusunu təbrik etmək lazımdır:

"Onlar döyüşün başından bəri düşmənə maksimum çox zərər vurma strategiyasını uğurla icra etdilər və edirlər də".

Anar Əliyev
Xəbəri paylaş