Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə nə dərəcədə güvənmək olar? -ÖZƏL

Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə nə dərəcədə güvənmək olar?


Görünən odur ki, Rusiya hər zaman olduğu kimi yenə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Eyni zamanda Rusiyanın bu məqsədlə irəli sürdüyü təşəbbüslərin heç birində səmimiyyət yoxdur. Əks təqdirdə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə açıqlamasından rahatsız olmazdı.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi hesab edir ki, Rusiya rəsmilərinin açıqlamaları Moskvanın ortaya qoyduğu təşəbbüslər bir-biri ilə tərs mütənasiblik təşkil edir:

"Görün vəziyyət hansı həddə çatıb, Ermənistan hökumət başçısı Nikol Pasinyan bəyan edir ki, Qarabağ Azərbaycandır, özü də dəfələrlə bunu isbat edərək vurğulayıb. Amma Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu bəyanata qarşı çıxaraq bildirir ki, hələ Ermənistan tərəfinin mövqeyi məlum deyil. Belə bir ölkənin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına nə qədər güvənmək olar?".

Mehman Mehdiyev
Xəbəri paylaş