Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçıların nə düşünməklərinin artıq heç bir əhəmiyyəti yoxdur -ÖZƏL

Separatçıların nə düşünməklərinin artıq heç bir əhəmiyyəti yoxdur


Görünən odur ki, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri, separatçı Arayik Arutunyan və onun ətrafı Ermənistanın mərkəzi hakimiyyətinə qarşı dirəniş göstərir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məqsədilə keçirilən hər görüşdən sonra Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı həyata keçirilən təxribatlar, atəşkəsin pozulması halları fonunda bunu aydın görmək olur. Son günlər separatçıların silahlanması, təlimlər keçməsi, Moskva danışıqları ərəfəsində Xankəndində İrəvan mərkəzi hakimiyyətinə qarşı etiraz aksiyasının keçirilmısi onu deməyə əsas verir ki, separatçılar Paşinyan hakimiyyətini qəbul etmirlər. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. Newscenter.az xəbər verir ki, partiya sədrinin sözlərinə görə, bütün halda separartçılar heç nəyə nail ola bilməyəcəklər:

MHP sədri deyib ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü ərəfəsində Araiklərin, Ruben Vardanyanların rəhbərliyi ilə erməni separatçılarının Xankəndidə kütləvi mitinq təşkil etmək təşəbbüsü əslində Azərbaycana qarşı yox, Qarabağ və “anklavlar” da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı nəzərdə tutulub:

"Çünki Paşinyanın sözügedən bəyanatı separatçılarda böyük hiddət və qəzəb doğurub. Onların mitinq keçirmək təşəbbüsü də bundan qaynaqlanır. Məhz bu yolla Qarabağdakı separatçılar Moskvadakı görüşdən öncə Paşinyana psixoloji təzyiq göstərə biləcəklərini düşünüblər. Lakin separatçıların nə düşünməklərinin artıq heç bir əhəmiyyəti yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq".

Əlisahib Hüseynov ehtimal edir ki, bu gün Moskvada baş tutan üçtərəfli görüşdə ərazi bütövlüyünün tanınması ilə bağlı protokol imzalanacaq:

"Odur ki, separatçılar elə indidən öz başlarına çarə qılsınlar. Çünki hər iki ölkənin ərazi bütövlüyü tanındıqdan sonra, Bakı artıq Xankəndidəki separatçılarla məşğul olmağa başlayacaq. Başqa sözlə desək, separatçıların "kitab"ı artıq bağlanıb".

Anar Əliyev
Xəbəri paylaş