Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gözün aydın, Azərbaycan!-SƏBİNƏ XASAYEVA YAZIR

Gözün aydın, Azərbaycan!-SƏBİNƏ XASAYEVA YAZIR


Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin sonu oldu. Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanat imzaladı. Məğlub Ermənistan qoşunlarını Kəlbəcər ə Laçın rayon­la­rından döyüşsüz çıxartdı. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə baş­lanıldı. Bu proses son aylarda daha da intensivləşib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstə­qillik günü Laçın şəhərində olmaq, La­çın­da çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, qəhərmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir: Bu Zəfər tarixin axarını həqiqətə əbədilik dəyişdi!

Bu səfər həm də Laçına qayıdışla tarixləşdi. Quruculuq işləri 8 ayda böyük sürətlə aparıldı, Laçının böyük bir hissəsi tamamilə yeniləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla bildirdi ki, ilk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır...

İşğaldan azad edilmiş ərazilərdə kəndlər, şəhərlər böyük məsuliyyətlə yenidən qurulur, tikilir. Bu proses Zəfərin davamıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qürurla qeyd etdi ki, “Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəs­si­sənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq”. Bunlar həm ayrılıqda, həm də vəhdətdə işğaldan azad edilmiş bir rayonun yenidən necə qurulduğunun mahiyyətinin göstəricisidir. Tibb məntəqəsi, məktəb, Aqro və Səna­ye Parkı başlanğıc üçün böyük uğurdur və Azərbaycan dünyaya təsdiqləyir ki, döyüşdə müzəffər olmaqla quruculuqda da müzəffər olacağıq...

Ölkə başçısının Laçına bu səfəri Moskvaya işgüzar səfərdən sonra daha həssaslıqla izlənildi. Mockva danışıqları Azərbaycanın dövlətçiliyinin qətiyyətliliyinin təsdiqi oldu. Laçına 28 may səfəri bu görüşdən sonra dövlətin daxili siyasətinin istiqamətlərini göstərdi. Bir daha təsdiqləndi ki, Azərbaycan öz dövlətçiliyini daha ciddi qoruyur, qoruyacaq. Aərbaycan Respublikasınını Pre­zi­­denti cənab İlham Əliyev çıxışında strateji əhəmiyyət daşıyan nailiyyətdən də söz açdı: “Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntə­qəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, danı­şıq­lar müddətində Azərbaycanın iqtisadiyyatı gücləndirilib, dövlətin siyasi gücü artıb, regional təh­lükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata ke­çi­rilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər həmişə xatırlanacaq, bəzi məqamlarda istinad olunası tarixi hadisə kimi anılacaq. Bu müharibədə qazanılan Zəfər bu ehtirama layiqdir. Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezisi böyük fəxrlə bir daha xatırlatdı: “Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq”...

Ölkə başçısının Laçına Müstəqillik Günündə səfəri Azərbaycan dövlətçiliyinin dönməz­li­yinə inam kimi yaşanıldı. Laçına ilk köçü hamı Böyük köçün ilk karvanı bildi. Gözün aydın, Laçın! Gözün aydın, Azərbaycan!

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş