"Azərbaycan üçün tək vacib məsələ Zəngəzur dəhlizinin açılmasıdır".
Bu fikirləri Newscenter.az-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, sözügedən dəhliz hər hansı adda və şəkildə olsa da, açılmalıdır:
"“Bunu da 10 noyabr bəyannaməsi təmin edir. Əgər Azərbaycan üçün dövlət maraqları öndə gəlirsə, hansıki bu belədir, onda sülh müqaviləsi anlayışını bir kənara atıb, öz maraqlarını həyata keçirməlidir. Ermənistanın taleyinə bizim töhfəmiz ancaq "dəmir yumruq"la ola bilər. Başqa yol Ermənistan üçün qazanc olacaq”.
Politoiloq deyib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün yox, eləcə də region ölkələri, hətta Ermənistan üçün məqsədəuyğundur.
Mehman Mehdiyev