“Bu gün Şuşa və Xocavənd istiqamətində qeydə alınan erməni təxribatlarının arxasında birbaşa Rusiya dayanır. Əgər bu təxribatların arxasında dayanan qüvvə Rusiya olmasaydı, o zaman ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti ermənilərin qeyri-qanuni hərəkətlərinə göz yummazdı”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqamasında əksini tapıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, məqsəd bu gün Moldovanın paytaxtı Kişinyov şəhərində baş tutan beşli formatdakı görüşü pozmaq, tərəflərin uzlaşması, hansıs məsələlərdə razılığa gəlməsinə əngəl yaratmaqdır:
“Çünki Rusiya heç bir halda kənar qüvvələrin Cənubi Qafqaza gəlməsi və buradakı proseslərə müdaxilə etməsini istəmir. Moskvanın siyasəti ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında nəticəsiz görüş və danışıqları davam etdirməklə münasibətləri indiki, qeyri-müəyyən durumda saxlasın. Bundan isə yeri gələndə həm Bakı, həm də İrəvana qarşı təzyiq vasitəsi kimi istifadə etsin”.
Anar Əliyev