"İndiki durumda Azərbaycan Ermənistanın kapitulyasiya aktı hesab edilən 10 noyabr 2020-ci il bəyannaməsinə əsasən tək tərəfli tələblər irəli sürməyi əlində saxlayan tərəfdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan ancaq qeyd edilən bəyannamənin şərtlərinin həyata keçirilməsində maraqlı olmalıdır:
"Bu sənəd Azərbaycan üçün bütün sənədlərdən ən öndə dayanan sənəd olmalıdır. Bəzən Rusiya tərəfinin bu istiqamətdə verdiyi bəyanatları ciddi qəbul etmirik. Rusiya da həmişə bu bəyannamənin bütün prosesdə istiqamətverici sənəd olduğunu qeyd edir. Hesab etmək olar ki, əslində, bu, doğru yanaşmadır və ola bilsin ki, Rusiya bunda hansısa öz maraqlarını güdür, amma Azərbaycan üçün problemin həlli bu sənədin şərtlərini həyata keçirməkdən keçir. Xüsusən də, Rusiyanın vaxt tamam olanda Qarabağdan çıxmasını açıq şəkildə bildirdiyi bir halda”.
Anar Əliyev