"Ermənistanın şərti sərhəd boyunca hərbi texnika və canlı qüvvə toplaması, Qarabağ separatçılarının Xocalıda təlimlər keçməsi onu deməyə əsas verir ki, bu ölkə yenidən müharibəyə hazırlaşır". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.
Analitik Qrupdan Newscenter-az-a bildirilib ki, Qarabağ separatçılarının Rusiya sülhməramlılarının gözü qarşısında təlim keçməsi və silahlanması onu deməyə əsas verir ki, Ermənistanın müharibəyə başlamaq niyyətindən Rusiya da məlumatlıdır. Belə olan halda Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçilik edib görüş keçirməsinə nə ehtiyac var?".
Analitik Qrupun açıqlamasında daha sonra qeyd edilir:
"Müəyyən etmək olmur ki, Ermənistan sülh istəyir, yaxud müharibəyə hazırlaşır. İrəvan hansı yolu tutduğunu açıq şəkildə ifadə etməlidir".
Anar TAGİYEV