"Əgər Ermənistanın havadarları onu ağıllandırmasa, məcburi şəkildə sülhə təhrik etməsə, o halda yeni bir müharibə qaçılmaz olacaq".
Bu fikirləri Newscenter-az-a 'Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan açıq-aşkar müharibəyə hazırlaşır:
"Son günlər Ermənistanın şərti sərhəd boyunca hərbi texnika və canlı qüvvə cəmləşdirməsi, daxildə müşahidə edilən revanşist fikirlər də onu deməyə əsas verir ki, yeni bir müharibə qaçılmazdır".
Ancaq İctimai Birlik sədri hesab edir ki, ancaq Erm'nistan belə bir addım atmaqla həyatının ən böyük səhvini etmiş olar:
"İkinci Qarabağ savaşında başına dəyən "Dəmir Yumruğun" bu dəfəki zərbəsi Ermənistanı dünyadan silə bilər. Ona görə də yaxşı olar ki, Ermınistanda müharibə deyil, sülh barədə düşünsünlər".
Anar Əliyev