"Moldova görüşü nəticə alınması baxımından digərlərindən fərqlənməsə də, Azərbaycan Prezidentinin bu görüşdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan tərəfi ən azı özü üçün çıxaracağı nəticələrin yəqinliyini özündə hasil edir. Nəticəsiz də olsa bitən görüşlərin özləri hansısa nəticəyə gəlməyə kömək olur. Bu baxımdan bu görüşü də konstruktiv hesab edək".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov səsləndirib. Azər Qasımovun sözlərinə görə, Fransa və Almaniya dövlət rəhbərlərinin görüşdə iştirakı, Amerika və Rusiyanın da aktiv şəkildə prosesin içində olması bir daha onu göstərir ki, problem dünyanın əhəmiyyət verdiyi problemdir və həll olunmasına start verilib:
"Görüş öncəsi gözləntilər daha böyük, hətta sülh müqaviləsinin imzalanması yönündə olsa da, hesab etmək olar ki, elan olunan gələcək görüşlərdə irəliləyişlər əldə olunma ehtimalı vardır. Əsas məsələ odur ki, dünya gücləri bu məsələ ilə aktiv şəkildə məşğul olurlar və ya məşğul olurlar görüntüsü yaradırlar. Bu prosesin sonunda əgər nəticə olmayacaqsa, Azərbaycan özü problemi bir daha necə həll edəcəyini hamı yaxşı bilməli və başa düşməlidir".
Anar Əliyev