Ermənistanın baş naziri Nikol Paşinyan sabah Türkiyəyə gedəcək.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.