Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beştərəfli formatda Azərbaycanın 5 şərti -VAQIF ABDULLAYEV YAZIR

Beştərəfli formatda Azərbaycanın 5 şərti


Moldovanın paytaxtı Kişineuda keçirilən “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş Azərbaycan üçün növbəti dəfə əlamətdar siyasi uğur kimi qiymətləndirilə bilər.

Əvvəla qeyd edək ki, Kişineu görüşü regional təhlkəsizlik və siyasi dialoq mühitinin davamlılığında Azərbaycanın irəli sürdüyü qətiyyətli təşəbbüslərinin səmərəli və nəticə əsaslılılığı baxımından irəliyə doğru daha bir addım oldu.

Əsas yenilik isə siyasi coğrafiyanın və təşəbbüslərin böyüməsidir. Avropa İttifaqı Şurasının təşəbbüsü ilə əsası qoyulmuş üçtərəfli format bu dəfə beştərəfli formata çevrilməklə sülh tərəfdarlarının masasını daha da böyütmüş olur.

Formatın və masanın böyüməsi əlbəttə, maraqların da çoxalmasını ehtiva edir. Ancaq bu nəticəni heç vaxt dəyişə bilməz və Bakının rəsmi mövqeyi geridönməzdir. Soçi, Moskva, Brüssel masalarında Bakının ortaya qoyduğu şərt paketi A-dan Z-yə eynidir.

Kişinau görüşündə Azərbaycan yeddi ay əvvəlki mövqelərindən daha güclü və daha geniş imkanlarla iştirak etməsi də xüsusilə vurğulanmalıdır. İrəvanın Azərbaycanın 86.6 min.kvadrat kilometrlik ərazisinin toxunulmazlığını rəsmi olaraq tanıması fonunda Azərbaycanın diqtəedici rolu və Qarabağ erməniləri mövzusunun Azərbaycanın daxili işi olduğunu tərəflər qəbullandırması mühüm şərtlərdən biridir.

Beştərəfli komandanın yeni üzvü olan Almaniyaya gəlincə, Berlinin bu prosesdə mövqeyi Azərbaycanın şərtlərindən kənara çıxmır. Azərbaycan Prezidentinin 2023-cü ilin mart ayında Almaniyaya səfəri zamanı Kansler Olaf Şoltsla görüşündə sülh sazişinin imzalanması, kommunikasiyaların açılması əsas mövzu kimi yaddan çıxmayıb. Cənab İlham Əliyev Şoltsla Zəngəzur dəhlizinin bölgə üçün əhəmiyyətindən danışmış, eyni zamanda, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında Alman iş adamlarını da dəvət etmişdi.

Demək, Almaniya yeni formatda Azərbaycanın regional siyasi xəttindən tam məlumatlıdır və regional əməkdaşlıq, kommunikasiyaların açılması və digər məsələlərdə Parisdən fərqli olaraq pozucu yox, qurucu missiya və niyyətlə masaya oturub.

Qısa olaraq, Kişineu görüşü qeyri-rəsmi olsa da, Azərbaycanın yaratdığı yeni reallıqlar baxımından rəsmi nəticəyə zəminlər verir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş