“Azərbaycanın siyasi hakimiyyəti, rəhbər şəxsləri, o, cümlədən xalqımız regionda və dünyada daim sülh və sabitliyin, əminamanlığın bərqərar olmasının tərəfdarı olublar. Biz bunu həm sözdə həm də əməldə göstərmişik. Ancaq cənub qonşumuz nə sözündə nə də əməlində xoşniyyətli olduğunu göstərmir və ya göstərmək istəmir. Mütəmadi olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanlarına işləyən cəsus şəbəkəsini ifşa edir, cəzalandırır və əlaqədə olduqları digər şəbəkələri də aşkarlayır. Ataların biz sözü var: "Niyyətin hara, mənzilin ora". İranın hərbi-siyasi və dini rəhbərliyinin niyyəti regionda sülh və sabitliyi pozmaq, etnik-milli qarşıdurmalar yaratmaq, milli həmrəyliyi məhv etmək, yeni münaqişə olacaqları yaratmaq və mövcud münaqişələrin həllinin qarşısını almaqdır. Biz Qarabağ məsələsində cənub qonşumuzun mövqeyini izlədik. Bu hər birimiz üçün nümunədir”.
Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, Azərbaycan regionun inkişafına töhfə verəcək, beynəlxalq əhəmiyyətli layihələrin üzərində işləyir:
“Bu səbəbdən də dövlətimiz günü-gündən çiçəklənir. Təbii ki, molla rejiminin gözü bunu götürmür. Son baş verən hadisə isə cənub qonşumuzun mənfur xislətini nümayiş etdirdi. Bildiyiniz kimi bir müddət əvvəl Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərlinin İranda itkin düşməsi xəbəri yayılmışdı. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana sorğu göndərmişdi. İran Azərbaycana rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli casusluq ittihamı ilə həbs edilib. Qarşı tərəf bunu etməklə əslində DTX-nın keçirdiyi əməliyyatlar ilə İran xüsusi xidmət orqanlarına çalışan şəbəkələri ifşa etməsinə cavab vermək istəyib. Ancaq bu başdan ayağa saxtakarlıqdır. Burada sual doğuran bir çox məqamlar var. Fərid Səfərli Almaniyada oxuyarkən İrana qarşı cəsusluq edirmiş? Yoxsa bir neçə günlüyə İrana gedərkən cəsus olmaq qərarına gəlib? Bunlar hamısı cəfəngiyyatdır!”.
Anar Salehoğlu qeyd edib ki, Azərbaycanın İranda casus şəbəkəsi yaratmağa heç bir ehtiyacı və marağı yoxdur:
“Ona görə də Azərbaycan vətəndaşlarının qonşu ölkədə cəsus adı ilə damğalanaraq həbs edilmələri İran rəhbərliyinin ölkəmizə qarşı qərəzli mövqeyindən irəli gəlir. Bu isə yolverilməzdir. Biz reallıqlara uyğun qərarlar verir və hərəkət edirik. Fars molla rejimi isə deyəsən baxdığı falların göstərdiyi "öncəgörmələr"ə əsaslanıb addımlar atır”..
Anar Əliyev