Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, Paşinyan üçün bir fürsət idi -ÖZƏL

Bu, Paşinyan üçün bir fürsət idi


"Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi əslində erməni baş naziri üçün Türkiyə ilə münasibətləri normallaşdırmaq, regional layihələrdə iştirak imkanı əldə etmək baxımından bir fürsət idi. Əgər Ermənistan bu fürsəti lazımı səviyyədə dəyərləndirib Türkiyə ilə münasibətləri normallaşdırmağa qərar versə, sözün həqiqi mənasında, səmimi münasibətlər əsasında Türkiyə və Azərbaycanla əlaqələrin bərpasına maraq göstərsə, o zaman İrəvan uzun illərdir kənarda qaldığı regional layihələrdə iştirak edə, ölkə iqtisadiyyatının inkişafına zəmin yarada bilər. Bunun əksini düşünmək isə Ermənistan üçün ciddi problemlərə yol aça bilər".

Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Paşinyan baş nazir kimi ilk dəfədir ki, belə bir mühüm tədbirə dəvət olunur və bu fürsəti dəyərləndirməkdə fayda var:

"Ancaq görünən odur ki, Ermənistan hakimiyyəti heç də ona uzanan əli sıxmaq kimi əxlaqa malik deyil. Bu ölkədə tarixi türk düşmənçiliyi qalmaqdadır. İstər Paşinyanın Türkiyə səfərinin Ermənistanda kəskin tənqid olunması, istərsə də bu ölkədə yeni müharibə hazırlıqlarına başlanılması onu deməyə əsas verir ki, Ermənistan üçün sivil, mədəni, qarşılıqlı faydalı şəkildə əməkdaşlıq yad bir şeydir".

Anar Əliyev
Xəbəri paylaş